Dünən mətbuatda ölüm xəbəri yayılan Azərbaycan milli komandasının sabiq futbolçusu Faiq Cabbarov açıqlama verib.
Eks-oyunçu bir neçə gündür yoxa çıxmasına da aydınlıq gətirib. O bildirib ki, ölüm xəbərinin yayılması əslində işinə yarayıb:
"Meyitimi görmədən necə öldü deyiblər, anlamıram. Amma bu, mənim işimə yaradı. Hamı indi itirib-axtarır. Gərək "öləndən" sonra axtaraydılar? Mənim ürəyim həmişə futbolla döyünüb. Amma orda mənə yer olmadı".
Cabbarov haqqında deyilən "içki düşkündür" iddialarına da cavab verib:
"Bilirsiz də, mən Azərbaycan millisində oynamışam. Dünyanın ən güclü hücumçuları – Erik Kontanaya, Yarı Litmanenə qarşı çıxış etmişəm. Mən həmin matçlara da içkili çıxırdım. Amma onda heç kim demirdi ki, Faiq "alkaş"dır. Nə vaxt mənim pulum bitdi, işsiz qaldım, dedilər içki düşkünüdür. Düzdür, mən içirəm, amma əlimə butulka alıb bomj kimi araq içmirəm. Dostlarımla yeyib-içirəm. 10 gün bundan əvvələ qədər işsiz idim. Amma sağ olsun burda bir polis rəisi var. O, məni öz təsərrüfatlarının birində işin başına qoyub. Ona təşəkkür edirəm. Yenə deyirəm ki, ürəyim futbolla döyünür".(Qafqazinfo)
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür



.jpg)



















.jpg)





























.jpg)
.jpg)
