FİFA-nın yanvarın 9-da keçirilmiş mükafatlandırma mərasimi ilə bağlı şok xəbər yayılıb. Apasport.az saytının məlumatına görə, milyonlarla insan tərəfindən televiziya vasitəsilə canlı izlənən mərasimdə oğurluq hadisəsi baş verib.
Belə ki, yığıncaqda ümumilikdə 100 min dollar dəyərində olan, 6 xüsusi hazırlanmış qol saatı oğurlanıb. Mərasimin sponsorlarından olan, məşhur "Hublot" firması həmin saatları sırf mükafatlandırma gecəsi üçün hazırlayıbmış və mükafatlandırılan şəxslərə təqdim olunacaqmış.
Saatlar FİFA mərkəzi ilə TV studiyaları arasındakı məkanda oğurlanıb.
Xarici mətbuata açıqlama verən firma rəsmilərindən biri saatların itdiyini təsdiqləyib və oğruların kim olduğunu öyrənmək üçün hərəkətə keçdiklərini bildirib. İsveçrə polisi isə təhlükəsizlik kamerasını araşdırmaya start verib.
Qeyd edək ki, FİFA-nın mükafatlandırma mərasimində Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldo rəqiblərini qabaqlayaraq, 2016-cı ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür



.jpg)



















.jpg)





























.jpg)
.jpg)
