Beynəlxaq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer Bakıya gəlir.
"Report"un məlumatına görə, rumıniyalı funksioner paytaxtda İJF-nin hakimlər və məşqçilər üçün keçirəcəyi beynəlxalq seminarına qatılacaq.
Yanvarın 6-da start götürəcək seminarda 99 ölkədən 370 nümayəndə iştirak edəcək. İki gün davam edəcək tədbirdə İJF-nin bütün komitə rəhbərləri, qitə federasiyalarının rəsmiləri, Fransa, Monqolustan, Türkiyə və bir çox ölkələrin federasiya prezidentləri də yer alacaq. Seminarda məqsəd cüdo idman növünün hakimlik və yarış qaydalarında olan yeniliklərin həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırmaqdır.
Heydər Əliyev adına İdman Sarayında keçiriləcək seminara saat 09:30-da start veriləcək.
Tədbir İJF və Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı, eləcə də Youtube kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Marius Vizerin səfər çərçivəsində rəsmi görüşlərdə də iştirakı nəzərdə tutulub.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür



.jpg)



















.jpg)





























.jpg)
.jpg)
