DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya yenilən (0:4) millimiz vətənə əliboş dönməyib.
Komandamız Bakıya 8 televizorla qayıdıb. Bu iddia ilə Britaniyanın məşhur "SKY Sport" kanalı çıxış edib.
Yazılanlara inansaq, səfər zamanı Belfastdakı elektronika mağazasından millimiz üçün 8 televizor alınıb. Adıçəkilən mallar qarşılaşmadan sonra millini Bakıya gətirən təyyarəyə yüklənib. Televizorlardan üçünün diaqonalının 72 düym olması iddia edilir. Alınan malların ümumi dəyəri 12 min funt-sterlinqdi.
Azərbaycan yığmasının Şimali İrlandiya səfərindən televizor alaraq qayıtması xəbərinə AFFA-dan münasibət bildirilib. Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu "qafqazinfo"ya açıqlamasında İrlandiyadan televizor alınması haqda məlumatı təsdiq edib. Onun sözlərinə görə, bu televizorlar futbolçular tərəfindən alınmayıb: "Bu alış-verişin futbolçulara heç bir aidiyyəti yoxdur. Xəbərdə yazılan televizorları milli ilə birlikdə İrlandiyaya gedən azarkeşlər alıblar. Bəli, 7-8 televizor alınıb, hamısı da azarkeşlərə məxsusdu".
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir








.jpg)



















.jpg)

























