Apasport.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçki ilin son oyunu üçün heyətə 25 futbolçu daxil edib.
Xorvatiyalı mütəxəssis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Şimali İrlandiya ilə keçiriləcək səfər qarşılaşması üçün açıqladığı heyətdə ən çox "Qarabağ"ın oyunçularına yer verib. Belə ki, o, bu dəfə ölkə çempionunun 8 oyunçusuna dəvət göndərilib.
Bir müddət əvvəl milliləşdirilən "Bursaspor"un hücumçusu Dəniz Yılmaz ilk dəfə Azərbaycan yığmasının formasını geyinmək imkanı əldə edib. O, klubunda zədələnən Rauf Əliyevi əvəzləyib. Bundan əlavə, zədəsini sağaldan Elvin Məmmədov və Əfran İsmayılov yenidən yığmaya dəvət olunub.
Komandamızın heyətində ümumilikdə ölkə xaricində çıxış edən 7 futbolçu var. Onlardan ikisi Portuqaliya, ikisi Türkiyə klubunu təmsil edirsə, Almaniya, İspaniya və Ukraynadan 1 oyunçu cəlb edilib.
Qapıçılar: Kamran Ağayev ("Boavişta", Portuqaliya), Anar Nəzirov ("Zirə"), Səlahət Ağayev ("İnter");
Müdafiəçilər: Tərlan Quliyev ("İnter"), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı "Qarabağ"), Pavel Paşayev ("Stal", Ukrayna), Məhəmməd Mirzəbəyov ("Qəbələ");
Yarımmüdafiəçilər: Ruslan Abışov ("İnter"), Rahid Əmirquliyev, Əfran İsmayılov, Qara Qarayev (hamısı "Qarabağ"), Dmitri Nazarov ("Aue", Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi "Neftçi"), Eddi İsrafilov ("Kadis", İspaniya), Emin Mahmudov ("Boavişta", Portuqaliya), Elvin Məmmədov ("Zirə")
Hücumçular: Ağabala Ramazanov ("İnter"), Ruslan Qurbanov ("Qəbələ"), Namiq Ələsgərov ("Qarabağ"), Ramil Şeydayev ("Trabzonspor", Türkiyə), Dəniz Yılmaz ("Bursaspor", Türkiyə).
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir








.jpg)



















.jpg)

























