Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
UEFA Avropa Liqasının IV turunun oyunlarının ən yaxşılarını açıqlayıb.
Fərqlənənlər sırasında Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı rəşad Sadıqov da yer alıb. Belə ki, müdafiəçi Yunanıstanın Saloniki şəhərində keçirilən PAOK - "Qarabağ" görüşünün ən yaxşısı seçilib. Digər təmsilçimiz "Qəbələ"nin "Sent-Etyen"lə (Fransa) qarşılaşmasında rəqib futbolçu adından söz etdirib. Komandasının bərabərlik qolunu vuran Ussama Tannan Bakıdan ən yaxşı kimi qayıdıb. Qeyd edək ki, "Qarabağ" 1:0 hesabı ilə qalib gəldiyi halda, "Qəbələ" 1:2 hesabı ilə uduzub. (Fanat)
Mediainfo.az