Metro bu gün 1 saat gec bağlanacaq

Metro bu gün 1 saat gec bağlanacaq

Bakı Metropoliteni "Qəbələ" İdman Klubunun müraciətini cavablandırıb.

Klubun rəsmi saytında verilən məlumata görə, qurum bu gün iş rejiminin saat 01:00-dək uzadılması xahişinə müsbət reaksiya verib.

Klub bununla əlaqədar Bakı Metropoliteninə təşəkkürünü bildirib.

Qeyd edək ki, müraciət "Qəbələ"nin UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Bakcell Arena"da (8-ci km stadionu) Fransanın "Sent-Etyen" komandası ilə saat 22:00-da start götürəcək görüşünün gec başa çatacağı ilə əlaqədar ünvanlanıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az