Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev İtaliyada keçirilən kikboksinq üzrə dünya çempionatında iştirakı və nəticəsi barədə danışıb.
Adil Əliyev bildirib ki, bu yarışa nəticədən daha çox prinsipiallıq mövqeyini qoruyub saxlamaq üçün qatılıb:
"Sadəcə mübarizliyi, çəkini saxlamaq üçün bu yarış vacib idi", - deyə deputat bildirib.
Millət vəkili yarışın təşkilatçılığından narazılıq edib və özünün rinqə çıxmasından danışıb:
"Yarışın təşkilatçılıq səviyyəsi bizim əməkdaşlıq etdiyimiz VAKO versiyasından çox aşağı idi. Bizi yarışa təşkilatçılar dəvət etmişdi. Biz də qatıldıq. Əslində məşqlərə başlamışdım. İlk yarış bu olduğu üçün yarışa qatılmaq qərarına gəldim. Orada bir rəqibim oldu. Rumuniyalı rəqibimə qalib gələrək dünya çempionu oldum. Bundan sonrakı yarışlara hazırlaşacam".
Adil Əliyev sonda bildirdi ki, bu yarışın yox, VAKO versiyasının Bakıda dünya və yaxud Avropa çempionatı şəklində keçirilməsi üçün müvafiq təşkilatlara müraciət edib. (olke.az)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































