Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, M.Müşfiq adına 34 saylı tam orta məktəb və "Sumqayıt Gənclərinin Sağlam Gələcəyi" təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə 29 oktyabr 2016-ci il tarixində "3*3 Qızların Basketbol Turniri"nin qrup oyunları keçirilib. Turnirə dövlət himninin səsləndirilməsilə start verilib.
Turniri açıq elan edən layihə rəhbəri Alxan Hüseynli çıxışında əsası Ümummili lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət idman siyasətindən, idmançılara göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, artıq Azərbaycan, dünyada idman ölkəsi kimi tanınır və ölkəmizdə yeni-yeni idman ənənələrinin əsası qoyulur. Layihə rəhbəri, çıxışında qadın basketbolu və ona olan marağın artırılması, layihənin gedişatı, məqsəd və vəzifələri, gözlənilən nəticələr haqqında da məlumat verib.
Sumqayıt şəhər 26 saylı məktəbin müəllimi Rəqsanə Babayeva isə qeyd etib ki, basketbol oyununa marağı olan gənc qızlarımız var ki, onların bu sahəyə motivasiya edilməsi, marağının artırılması üçün təbliğat işinin aparılması və turnirlərin keçirilməsi vacibdir.
Daha sonra 6 komanda arasında püşkatma yolu ilə olimpiya sistemi üzrə qrup oyunları keçirilib. Oyunların yekununda qalib 3 komandanın yarımfinal və final oyunlarında mübarizə aparacaqları müəyyən olunub. Fasilə zamanı iştirakçılar üçün çay süfrəsi təşkil olunub, bukletlər paylanılıb və layihə iştirakçılarına sertifikatlar təqdim edilib.
Əlihüseyn ŞÜKÜROV
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir








.jpg)



















.jpg)

























