Şəhriyarla Teymur FİDE-nin reytinq cədvəlində geriləyiblər

Şəhriyarla Teymur FİDE-nin reytinq cədvəlində geriləyiblər

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Noyabr ayı üçün müəyyənləşən 100 ən güclü arasında bu dəfə 6 Azərbaycan qrossmeysteri yer alıb.

Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Lakin qrossmeysterimiz ötən ayla müqayisədə 3 pillə geriləyib. O, 2762 reytinq xalına malikdi.

Son yarışlarda özünü göstərə bilməyən Teymur Rəcəbov (2696) da mövqeyini əldən verib. 14 reytinq xalı itirən təmsilçimiz 8 rəqibini özündən irəli buraxmaqla, 44-cü yerə enib.

Yığmamızın liderlərindən fərqli, Rauf Məmmədov (2684) və milliləşdirilmiş legionerimiz Arkadi Naydiç (2686) yerlərini yaxşılaşdırıblar. Birinci 6 pillə irəliləməklə 57-ci pilləyə qalxıbsa, Latviya əsilli zəka sahibimiz 3 rəqibini qabaqlamaqla 55-ci yerə qalxıb.

Komandamızın digər üzvü - Eltac Səfərli (2694) isə mövqeyini qoruyub. Həmyerlimiz yenə 46-cıdı.

Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2853) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2823) ikinci olduğu cədvəldə Maksim Vaşye-Laqrav (Fransa, 2811) "üçlüyü" qapayır.

Qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçilərindən yalnız Günay Məmmədzadə yer alıb. 2371 reytinq xalına malik şahmatçı 94-cü yerdədi. Bu siyahıya isə çinli Yifan Hou (2635) başçılıq edir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az