Avstriyanın Lints şəhərində keçirilən 24-cü dünya çempionatını Azərbaycan karateçiləri 3 medalla başa vurub.
Medallardan biri qızıl, biri gümüş, biri isə bürüncdür.
75 kq çəkidə çıxış edən Rafael Ağayev 5-ci dəfə dünyanın ən güclüsü adına sahib çıxıb. 84 kq-da yarışan Ayxan Mamayev gümüş, 60 kq-da Firdovsi Fərzəliyev isə bürünc medal əldə edib.
Komanda yarışlarının bürünc mükafatı uğrunda görüşdə isə Fransa yığmasına uduzan Azərbaycan millisi 4-cü yerlə kifayətlənib.
Beləliklə, ümumi komanda hesabında Azərbaycan 5-ci, Avropa ölkələri arasında isə 2-ci yerə sahib çıxıb.
Yarışın təntənəli bağlanış mərasimində Dünya karate Federasiyasının (WKF) prezidenti Antonio Espino Rafael Ağayevə və dünyanın daha 5 ən titullu karateçisinə "Karatenin ən yaxşıları" üçün nəzərdə tutulan hədiyyələr təqdim edib.
Qeyd edək ki, dünya çempionatında 118 ölkədən 1025 idmançı iştirak edib.(report)
mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir








.jpg)



















.jpg)

























