Belarus 2019-cu il Avropa Oyunlarının keçirilməsi üçün 30-40 milyon dollar xərcləməyi planlaşdırır.
Bu barədə Belarusun idman və turizm naziri Aleksandr Şamko bildirib.
"Avropa ölkələrinin olimpiya komitələri idmançıların transfer, uçuş xərclərini ödəyəcək. Teletranslyasiya məsələsinə Beynəlxalq Olimpiya Komitəsi nəzdində yaradılan kanalda baxılacaq. Xərclərin bir hissəsi Avropa Olimpiya Komitəsinin üzərinə düşür. Bazis var, bizdə binalar, qurğular hazırdır, infrastruktur yaradılıb. Və beynəlxalq ekspertlərin hesablamalarına görə bizim xərclərimiz 30-40 milyon dolları keçməyəcək"-nazir deyib.
Azərbaycanda Avropa Oyunlarının keçirilməsinə qeyri-rəsmi məlumatlara görə 5 milyard dollar xərclənməsini (rəsmi büdcə 1.1 milyard dollar olub) Belarus naziri onunla izah edib ki, bu ölkə bütün infrastrukturu "praktiki olaraq sıfırdan" yaradıb. "Bizim Oyunları keçirmək üçün infrastrukturumuz var. Birbaşa xərclər ancaq təşkilati işlərlə bağlı olacaq"-Şamko bildirib.
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir








.jpg)



















.jpg)

























