Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-in püşkatma mərasimin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu turnirin püşkü noyabrın 24-də atılacaq.
Tədbir Bakıda keçiriləcək. Mərasimə CEV rəhbərliyi ilə yanaşı, məşhur voleybolçuların da gəlməsi gözlənilir.
Bu arada yarışın keçiriləcəyi şəhərlərin siyahısında da dəyişiklik edilib. Belə ki, ölkəmizdə baş tutacaq 3 qrupdan birinin ev sahibi olacaq Qubanı Göygöl əvəzləyib. Artıq burada hazırlıq işlərinə də başlanılıb.
Bu gün isə Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti, eləcə də, Türkiyə Voleybol Federasiyasının vitse-prezidenti Özkan Mutlugil Göygöldə səfərdə olub. Onunla yanaşı, Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi də rayonun İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin rəsmiləri ilə görüşüb.
Beləliklə, əvvəldən də açıqlandığı kimi, Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Göygöldə, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.
Qeyd edək ki, yarışa 16 komanda qatılacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, Avro-2015-in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk "beşlik"də qərarlaşan Türkiyə və Almaniya yığmalarıdı. II seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda isə Çexiya, Ukrayna və Macarıstan da qoşulub.
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir








.jpg)



















.jpg)

























