Argentinanın paytaxtı Buenos-Ayresdə futbol üzrə milli yığmanın kapitanı Lionel Messinin heykəli ucaldılıb.
Lenta.ru xəbər verir ki, bu barədə "La Aficion" məlumat yayıb.
"Leo, bir futbol azarkeşi kimi, səndən qərarını dəyişməni xahiş edirəm. Sənə qarşı sevgi və hörmətimizin əlaməti olaraq, biz bu gün burada Paseo-de-la-Qloriyada sənin heykəlinin açılışını edirik", - deyə Buenos-Ayresin meri Orasio Rodriges Laretta açılış zamanı bildirib.
Abidənin açılışı komandanın Amerika kubokundan qayıtmasından sonra baş tutub. İyunun 27-də Argentina turnirin finalında Çiliyə 2:4 hesabı ilə məğlub olub. Bundan sonra Messi yığmadan getdiyini elan edib.
Xatırladaq ki, karyerasını başa vurmamaq çağırışı ilə futbolçuya Argentina prezidenti Maurisio Makri və keçmiş məşhur futbolçu Dieqo Maradona da müraciət edib. Argentinanın bir çox şəhərlərinin küçələrində "Leo, getmə!" yazılmış lövhələr peyda olub.
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















