Argentina yığmasının və "Barselona"nın ulduzu Lionel Messi millidə karyerasını başa vurub.
Messi Amerika Kubokunun finalında Çiliyə məğlubiyətdən sonra bu qərara gəlib.
Argentina və Çili millilərinin üz-üzə gəldikləri final oyunun əsas və əlavə edilmiş vaxtlarında hesab açılmayıb. Kubokun sahibini müəyyən etmək üçün təyin edilən penalti seriyasında gülən tərəf çililər olub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması 4:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Amerika kubokunun qalibi olub.
Argentina yığmasının lideri penalti zərbəsindən yararlana bilməyib.
"Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu mənim qərarımdır", - deyə 29 yaşlı hücumçu bildirib.
Finalda məğlubiyətdən pərişan olan futbolçu milli karyerasına son verdiyini qeyd edərək bundan sonra yalnız lideri olduğu "Barselona"nın uğurları haqda çalışacağını bildirib.
Çili yığması ötən il də kubokun finalında penalti seriyasında Argentinaya qalib gəlmişdi.
Nyu-York yaxınlığında yerləşən "Metlife" stadionunda keçirilən final matçını 82 min azarkeş izləyib. (ans)
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































