"Azərbaycan iyunun 17-19-da möhtəşəm yarışa – Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi edib. Həm pilotlar, həm də bu yarışla əlaqədar ölkəmizə səfər edən qonaqlar, azarkeşlər Bakıdan xoş təəssüratlarla ayrıldılar".
AzərTac xəbər verir ki, bu sözləri iyunun 23-də jurnalistlərə müsahibəsində "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib.
Mütəxəssis bildirib ki, hazırda trek ətrafındakı baryerlərin, tribunaların və pit binasının sökülməsinə başlanılıb. Bütün bunlar müvəqqəti xarakter daşıyırdı. Qurğuların sökülməsi prosesi altı həftə davam edəcək. Konstitusiya Məhkəməsinin qarşısındakı və Azneft meydanındakı tribunaların sökülməsinə artıq start verilib. Nəqliyyatın hərəkəti üçün əsas yollar artıq açılıb. Həmçinin nəqliyyatın fasiləsiz hərəkəti təmin olub. Eyni zamanda, binaların girişində və mağazaların qarşısındakı baryerlər də götürülüb.
Murad Şahməmmədov
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































