Azərbaycan milli komandasının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bayraqdarı boksçu Teymur Məmmədov ola bilər.
Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, T.Məmmədovun bayraqdar olması bu gün Bakıdakı Dünya Təsnifat Turnirində 1/4 final döyüşündən qalib ayrılaraq, olimpiadaya lisenziya qazanacağı halda rəsmiləşəcək: "Biz Məmmədovun namizədliyini təklif etmişik. Yekun qərarı isə Milli Olimpiya Komitəsi verəcək".
Qeyd edək ki, Teymur Məmmədov 81 kq çəki dərəcəsində çıxış edir. Məmmədov "Bakı 2015" I Avropa Oyunlarında qızıl, 2012-ci il London Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Bu gün o, mərakeşli Hassan Saadı yenəcəyi halda, "Rio-2016"ya lisenziyasını rəsmiləşdirəcək. (report)
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















