“Formula-1” şefi: “Bakı indiyə kimi xəbərimizin olmadığı, hardasa gizlədilmiş qiymətli daş kimidir”

“Formula-1” şefi: “Bakı indiyə kimi xəbərimizin olmadığı, hardasa gizlədilmiş qiymətli daş kimidir”

"Formula-1" şefi Berni Ekklstoun bildirib ki. başqa promouterlər yarışları necə keçirməyi lazım olduğunu Bakıdan öyrənməlidirlər.

"Əgər "Formula-1"in keçirildiyi bütün ölkələr Bakıdakı insanlar kimi işləsələr, bu fantastik olardı. Azərbaycanda inanılmaz işlər görülüb", - bunu Ekklstoun "Sky Sports"a bildirib.

"F-1" rəhbəri xüsusilə televiziya görüntüsündən razıdır. "Marşrut çox uğurlu idi. İstəyirdim ki, bolidlər mütləq qədim qalanın yanından keçsinlər, bu kadra düşsün. Biz bunu çox uğurla etdik".

Sürücülər də Bakıdakı yarışdan məmnundurlar. Onların arasında dünya çempionu Lüis Hemilton da var: "Bakı indiyə kimi xəbərimizin olmadığı, hardasa gizlədilmiş qiymətli daş kimidir. Hər şeydən əlavə, orda əla hava var".

Kiçik problemləri Berni Ekklstoun bunu hələ "başlanğıc, ilk yarış olması" ilə izah edib. O bir daha bildirib ki, 5 ildən tez Bakının bu yarışlardan imtina edəcəyinə görə narahat olmağa dəyməz.

Bunu "Sky Sports"a müsahibəsində Avropa Qran-Prisinin promouteri Arif Rəhimov da qeyd edib: "Hökumət doğrudan da başa düşür ki. Qran-Pri ölkəyə çox şey gətirir və bu bizə vacibdir. Buna görə həmin yarışı keçiririk və imtina etmək niyyətində deyilik. Biz hər şeydən məmnunuq və ümid edirəm ki, "Formula-1"lə uzunmüddətli münasibətlərimiz olacaq".

Emin Axund

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az