Azərbaycan milliləri basketbolun 3X3 növü üzrə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində rəqiblərini tanıyıb. Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, kişilərdən ibarət yığmamız A qrupuna düşüb.
Belə ki, Hollandiyanın Amsterdam şəhərlərində yarışacaq "9-luq" artıq 2 qrupa bölünüb və təqvimi açıqlanıb. Samit Nuruzadənin yetirmələri Almaniya, Serbiya, Türkiyə və Uelslə mübarizə aparacaqlar. Komandamız ilk oyun günündə iyulun 1-də 3, ertəsi gün 1 oyun keçirəcək.
B qrupunda Hollandiya, Rusiya, Slovakiya və İsveçrə basketbolçuları güclərini yoxlayacaqlar.
Digər komandalar isə Fransa və Andorrada münasibətlərinə aydınlıq gətirəcəklər. Final mərhələsinə hər ölkədən 4 komanda yüksələcək. Həlledici oyunlar sentyabrın 2-dən 4-nə kimi Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.
Yarışın təqvimi aşağıdakı kimidi:
|
A qrupu |
B qrupu |
|
Azərbaycan |
Hollandiya |
|
Almaniya |
Rusiya |
|
Serbiya |
Slovakiya |
|
Türkiyə |
İsveçrə |
|
Uels |
|
1 iyul
11:00. Almaniya - Azərbaycan
15:30. Azərbaycan - Uels
17:30. Serbiya - Azərbaycan
2 iyul
10:40. Azərbaycan - Türkiyə
Qadınlardan ibarət yığmamız isə Fransanın Puatye şəhərində oynayacaq. Onlar da A qrupunda yer alıblar. Rəqiblərimiz İtaliya, Rusiya və Slovakiya basketbolçuları olacaq. Buradan 3 yığma finala yüksələcək.
Fransa (qadınlar)
|
A qrupu |
B qrupu |
|
Azərbaycan |
Fransa |
|
İtaliya |
Latviya |
|
Rusiya |
İspaniya |
|
Slovakiya |
Türkiyə |
1 iyul
14:30. İtaliya - Azərbaycan
16:00. Azərbaycan - Slovakiya
2 iyul
12:30. Rusiya - Azərbaycan
Qeyd edək ki, bir qədər öncə Samit Nuruzadə Avropa çempionatında güvənəcəyi basketbolçuların adlarını açıqlayıb. O, yarışda Amil Həmzəyev, Zaur Paşayev, Marşall Mozes və David Barbakadzeyə şans verəcək.
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















