"Sona kimi mübarizə apardıq. Qələbə qazandığımız üçün xoşbəxtik".
Bu sözləri Türkiyə yığmasının kapitanı Arda Turan deyib.
AÇ-2016-nın qrup mərhələsində Çexiya üzərində qələbə (2:0) qazanan türkiyəlilər növbəti mərhələyə çıxmaq şanslarını saxlayıblar.
Matçdan sonra fikirlərini bölüşən Arda bəzi insanlardan incidiyini gizlətməyib.
İspaniya ilə oyundan sonra sərt şəkildə tənqid edilən 29 yaşlı yarımmüdafiəçi hər kəsin cavabını verəcəyini bildirib: "İndi digər qrupdakı nəticələri gözləməliyik. İnşallah, dualarla ən yaxşı üçüncülərin sırasına daxil olarıq. Mənim əhvalım həyatım boyu oyunumla paralel oldu. Biz heç vaxt pulun həvəsində olmadıq. Amma çox haqsızlıq edildi. Özümüzü qoyuram bir kənara, anamı ağlatdılar. Heç olmasa, bunu etməyəydilər. Bəzilərini bağışlamayacağam. Narahat olmasınlar, bunun əvəzini hər kəsdən bir-bir çıxacağam".
Qeyd edək ki, Çexiya ilə matçdan öncə Ardanın AÇ-2016-dan sonra yığma karyerasını bitirəcəyi haqda söz-söhbətlər yayılmışdı.
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















