Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir. Apasport.az saytının məlumatına görə, "Sərhədçi" Olimpiya Mərkəzində yarışın 5-ci günü Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.
Təmsilçilərimizdən mübarizəyə öncə Rüfət Hüseynov qoşulub. 49 kq çəki dərəcəsində gücünü sınayan həmyerlimiz Po-Vey Tu (Çin Taypeyi) ilə döyüşüb. Görüşün hər 3 raundu Hüseynovun qələbəsi ilə başa çatıb - 3:0 (30:27; 29:28; 30:27). O, 1/4 final döyüşünə sabah çıxacaq.
Hüseynovun ardınca 75 kq-da ölkəmizi təmsil edən Kamran Şahsuvarlı qüvvəsini sınayıb. İlk mərhələdən azad olan boksçumuz birinci döyüşünü albaniyalı Aryon Kaloşiyə qarşı keçirib və qələbə qazanıb – 3:0 (29:28; 29:28; 29:28). O da 1/8 final qarşılaşmasına sabah çıxacaq.
Qeyd edək ki, yarışda ölkəmizi təmsil edən Teymur Məmmədov (81 kq) da ilk qarşılaşmasını qələbə ilə bitirib. O, çinli Şi Quojodan üstün olub (3:0). Olimpiya mükafatçımız sabah 1/8 finalda gürcüstanlı Laqi Xizirya ilə üz-üzə gələcək.
Dünya Olimpiya Təsnifat Turniri iyunun 25-dək davam edəcək. Boksçularımızın mübarizə apardığı 75 və 81 kq-da ilk "beşlik"də yer alanlar Rio-2016-ya vəsiqə əldə edəcəklərsə, 49 kq çəkidə yalnız finalçılar Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































