Tanınmış xoruz bu gecənin qalibini müəyyən etdi - İSPANİYA

Tanınmış xoruz bu gecənin qalibini müəyyən etdi - İSPANİYA

İndiyədək AÇ-2016-da baş tutan bütün oyunların nəticəsini dəqiq tapan fransızların "Baltazar" xoruzu İspaniya - Türkiyə matçına da "münasibət bildirib".
Avropa çempionatının "ilbiz"i olan xoruz İspaniya – Türkiyə qarşılaşmasının nəticəsini təxmin edib. Fransa millisinin dünya çempionu olduğu 1998-ci ildə məşhurlaşan "Baltazar"ın sahibinə bu turnir ərəfəsində UEFA-dan rəsmi məktub ünvanlanıb. Məktubda xoruzun stadiona gətirilməməsi qeyd olunub.
Bundan sonra fransızlar oyunların nəticəsini əvvəlcədən tapan xoruzdan yararlanmağa başlayıb. İndiyə qədər bütün oyunların nəticəsini düz tapan "Baltazar" bu gecə Nitsada oynanacaq İspaniya – Türkiyə oyununa da biganə qalmayıb. O, İspaniyanın qələbə qazanacağına işarə vurub. (publika)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az