Boksçularımız Xabarovskda 2 medal qazanıb

Boksçularımız Xabarovskda 2 medal qazanıb

Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunan boks üzrə beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, sayca VII dəfə keçirilən yarışda 16 ölkənin 100-ə yaxın dəri əlcək ustası mübarizə aparıb. Komandamız yarışı 1 qızıl və 1 bürünc medalla başa vurub.

52 kq çəki dərəcəsində çıxış edən İbrahim İbrahimov yarımfinalda koreyalı Kim Jae Kyonq üzərində qələbə qazanıb. Boksçumuz finalda özbəkistanlı Abdurjon Kadırovu da məğlub edərək, beynəlxalq turnirin qalibi adına layiq görülüb.
60 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov yarımfinalda Monqolustan nümayəndəsi Otqondalal Dorjuambuya uduzaraq, bürünc medalla kifayətlənib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az