Milli Onkologiya Mərkəzində partlayış törədən şəxsin müharibə iştirakçısı olması ilə bağlı yayılan xəbərlər yalandır.
Azerbaycanpolisi.az “Globalinfo.az2a istinadla xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.
Ekspert araşdırma nəticəsində müəyyən edib ki, Mübariz Əliyev nə müharibə iştirakçısı, nə də müharibə əlilidir:
“1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevi ictimaiyyətə müharibə qazisi kimi təqdim olunduğunu gördüm. Kiçik bir araşdırma apardım. Məlum oldu ki, işğaldan azad edilən rayonlardan birində anadan olan Mübariz Əliyev 2006-2007-ci illərdə müddətli hərbi xidmətdə olub. Səfərbərlik zamanı isə orduya çağırılmayıb. Mübariz nə müharibə iştirakçısı, nə də müharibə əlilidir. Son illərdə xaricdə oturan bəzi üzdən iraq “media” mənsubları harda neqativ hadisə baş verirsə, dərhal müharibə iştirakçılarının bu proseslərdə adını hallandırmaqla ictimaiyyət arasında gərginlik yaratmağa və bununla da səhifələrində geniş izləyici kütləsi toplamağa çalışırlar. Üzdə müharibə iştirakçılarını guya müdafiə etdiklərini göstərməyə, əslində isə alt şüurda müharibə iştirakçılarını ictimaiyyətə bandit, quldur və terrorçu imicində təqdim etməyə çalışırlar.
Dəyərli izləyicilər, hər oxuduğumuz və eşitdiyimiz xəbər doğru olmaya bilər. Etibarlı mənbələri izləyin.
Əlbəttə ki, bu xoşagəlməz bir hadisədir. Ümid edirəm ki, hüquq mühafizə orqanları ətraflı araşdırma aparacaq, hadisənin səbəb və nəticələri barədə ictimaiyyətə geniş məlumat verəcəklər”- Ədalət Verdiyev yazıb.
Qeyd edək ki, onkoloji xəstə kimi qeydiyyatda olan Mübariz Əliyev partlayış zamanı ölüb, Mərkəzin həkimi Asif Nəsirov isə ağır xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Azerbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































