Televiziyadan uzaqlaşdırıldıqdan sonra gündəmdən düşməyən prodüser Tarix Əliyev (Tolik) bu dəfə maliyyə qalmaqalı ilə diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, prodüser əvvəlki fəaliyyət dövründə həm televiziya efirində, həm də sosial media platformalarında reklam etdiyi bəzi şirkətlərdən hələ də ödənişini ala bilmədiyini açıqlayıb.
Məsələ bununla bitmir, Tolik artıq səbrinin tükəndiyini açıq şəkildə bəyan edərək həmin şirkətlərə ultimatum göndərib:
“Bəzi insanlar var – efirdə şirkətlərini reklam edirsən, gedib məkanlarını tanıdırsan, üstəlik, “Instagram” səhifəndə də paylaşırsan. Amma ödəniş vaxtı gələndə deyirlər ki, pulumuz yoxdur. Hələ ki, heç kimin adını çəkmirəm, heç bir şirkəti paylaşmıram. Amma bir-iki gün ərzində ödənişim edilməsə, məcbur qalıb hamısını ictimailəşdirəcəyəm və lazımi qurumlara da şikayət edəcəyəm.
Mənim kiməsə borcum yox idi ki, efirimdə də, sosial şəbəkələrimdə də kiminsə reklamını edim. Əziyyət çəkmişəm – zəhmət olmasa, haqqımı ödəyin!”
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































