2026-cı ilin istehsalat təqviminə əsasən, may ayında Azərbaycanda qeyri-iş günlərinin sayı digər aylarla müqayisədə daha çox olacaq.
Axar.az xəbər verir ki, 9 Mayın (Faşizm üzərində Qələbə Günü) şənbə gününə düşməsi səbəbindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may (bazar ertəsi) də qeyri-iş günü elan ediləcək. Bununla da 9, 10 və 11 may tarixləri ardıcıl istirahət günləri olacaq.
Eyni zamanda, mart ayında olduğu kimi, mayda da iki bayram – Qurban bayramı (27-28 may tarixləri) və Müstəqillik Günü (28 May) eyni dövrə təsadüf edir. Bu səbəbdən 29 may da qeyri-iş günü sayılacaq. Beləliklə, 27, 28, 29 may tarixləri ilə yanaşı, 30 və 31 may (həftəsonu) da istirahət günləri olacaq.
Nəticədə may ayında şənbə-bazar günləri də daxil olmaqla ümumilikdə 14 gün qeyri-iş günü olacaq. Növbəti iş günü isə 1 iyun tarixindən başlayacaq.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü







.jpg)















































