Qızıl qaçaqmalçılığı cinayəti ilə bağlı Interpol tərəfindən 196 ölkədə "qırmızı bülleten"lə axtarışda olan 38 yaşlı İnqilab Babayev polis əməkdaşlarının uzunmüddətli təqibindən sonra İstanbulda saxlanılıb.
Azerbaycanpolisi.az bu barədə Trend-ə istinadən xəbər verir.
İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi əməkdaşları tərəfindən qaçaqmalçılıq cinayətlərinə qarşı aparılan əməliyyat tədbirləri çərçivəsində mütəşəkkil şəkildə qiymətli zinət əşyalarının qaçaqmalçılığını həyata keçirmək ittihamı ilə beynəlxalq səviyyədə Interpol tərəfindən "qırmızı bülleten"lə axtarışa verilmiş və barəsində həbs qərarı çıxarılmış İnqilab Babayev uzun müddət qaçaq idi.
2024-cü ildə İstanbul Havalimanında baş verən hadisə zamanı polis əməkdaşları şübhələndikləri iki təhlükəsizlik işçisinin üzərində axtarış aparıblar. Axtarış nəticəsində şübhəlilərin bellərində gizlədilmiş halda ümumi çəkisi 16 kiloqram olan 32 ədəd külçə qızıl aşkar edilərək götürülüb. Dubaydan gətirildiyi müəyyən edilən qızılların izinə düşən polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 7 nəfər saxlanılmışdı. "Qırmızı bülleten"lə axtarılan dəstə başçısı İnqilab Babayev isə qaçmağa nail olmuşdu. Aparılan araşdırmalar zamanı şübhəlinin İstanbul Havalimanında törədilmiş qaçaqmalçılıq hadisəsinin təşkilatçısı olduğu müəyyən edilmişdi.
Babayev bir müddət əvvəl ailəsini İstanbula çağırıb. Ailənin İstanbula qayıtmasından sonra polis əməkdaşları tərəfindən təqib başlanıb. İstanbulun Eyüpsultan rayonunda yerləşən bir yaşayış binasında gizləndiyi müəyyən edilən Babayev xüsusi təyinatlı polis qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Saxlanılan şübhəli, polis idarəsində aparılan prosedur hərəkətlərindən sonra məhkəmə orqanlarına təqdim edilib və barəsində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanasına göndərilib.
Azerbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















