“Rusiya SSRİ-nin dağılmasından əvvəl sahib olduğu əraziləri geri qaytarmağa çalışır”.
Azerbaycanpolisi.az “Globalinfo.az”a istinadla xəbər verir ki, bu fikri NATO Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone deyib.
O, Rusiyanın tükəndirmə strategiyası, İran müharibəsindən çıxarılan dərslər və Ukraynanın yeni rolu barədə danışıb:
“Rusiya rəsmi olaraq bir nömrəli təhlükə hesab olunur. Moskva SSRİ dövründəki ərazilərə nəzarəti bərpa etməyə çalışır və bu, təkcə Baltik regionu ilə məhdudlaşmır. Alyans isə Arktika və cənub istiqamətləri daxil olmaqla 360 dərəcə müdafiəyə hazırlaşır.
Ukrayna artıq “təhlükəsizlik ixracatçısına” çevrilib. Ukrayna Silahlı Qüvvələri NATO üçün təlimatçı rolunda çıxış edir və xüsusilə dronlara qarşı mübarizədə unikal təcrübə paylaşır.
İranla münaqişə göstərdi ki, havada tam üstünlük həlledici amildir. NATO kütləvi PUA hücumlarına qarşı ən ucuz və effektiv müdafiə yollarını axtarır və burada Ukraynanın təcrübəsinə əsaslanır”.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































