Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA )İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə pozuntuları ağlasığmaz korrupsiyanı üzə çıxarıb.
Azerbaycanpolisi.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, saytın özəl mənbələrdən əldə etdiyi məlumata görə, aparılan yoxlamaların nəticəsində son illərdə 1 milyard dövlət vəsaitinin talan olunması müəyyən olunub.
Bildirilir ki, Saleh Məmmədovun qarşısında bu vəsaiti geri qaytarmaq tələbi qoyulub.
“Əks təqdirdə, prosesin sonu Saleh Məmmədovu və ətrafını həbsi ilə nəticələnəcək” deyə mənbə əlavə edib.
“Əvvəllər 400 milyon vəsaitin yoxluğundan söhbət gedirdisə, indi bu rəqəm 1 milyard manatı keçir”.
Məlumatda qeyd olunur ki, Saleh Məmmədov vəziyyətin yumşaldılması üçün yeni maliyyə naziri Sahil Babayevlə görüşməyə cəhd etsə də, buna nail ola bilməyib.
Xatırladaq ki, Gununsesi.info, hələ bir neçə gün öncə Saleh Məmmədovun bağında fövqəl toplantı keçirərək keçmiş komanda üzvlərini ortaya pul qoymağa çağırması barədə yazmışdı.
Həmin məlumatda bildirilirdi ki, öz komandası hesab etdiyi həmin şəxslərə yaranmış vəziyyətdən çıxmağı təklif edib. O, bildirib ki, yoxlamalar zamanı ortaya çıxan vəsait büdcəyə qaytarılmasa, hamını həbs gözləyir.
Qeyd edək ki, 2026-cı il fevralın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































