Futbol klubunun avtobusu qəzaya uğradı

Futbol klubunun avtobusu qəzaya uğradı

Əvəzedicilərin çempionatında XXXIV turunun bu gün keçirilməli olan "Simurq" - "Bakı" matçının baş tutmayacaq. Futbolpress.az-a istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynovun sözlərinə görə, "Bakı"nın avtobusu qəzaya uğrayıb və bu səbəbdən matç təxirə salınıb:

"Mən məsələ ilə bağlı saat 12 radələrində "Bakı"nın icraçı direktoru Yaşar Seyidovla əlaqə saxladım. O, mənə dedi ki, onları Zaqatalaya daşıyan avtobus Şamaxı yolunda qəzaya uğrayıb. O bildirdi ki, görüşün təxirə salınması üçün bizə məktub ünvanlayacaq. Lakin Yaşar Seyidova bunun qeyri-mümkün olduğunu bildirdim. Artıq hakimlər də ora gedib. "Simurq" meydana çıxacaq, görəcək ki, rəqib yoxdu, hakim də bunu protokola qeyd edəcək. Sonrasını İntizam Komitəsi aydınlaşdıracaq".

"Simurq" - "Bakı" matçı saat 14:00-da başlamalı idi.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az