"Real Madrid"in sabiq qapıçısı Aqustin Rodriqez "Kral klubu" ilə bağlı maraqlı açıqlamalar verib.
Veteran futbolçu qapıçı İker Kasilyas və Kriştiano Ronaldonun mövsüm sonunda komandadan ayrılacağını iddia edib.
İspaniyanın nüfuzlu nəşrlərindən olan "Marca"ya danışan Rodriqez klubdakı son vəziyyəti analiz edib: "Son 1 ildir tənqidlərin mərkəzində olan Kasillas komandadan ayrılacaq", - deyə o bildirib.
Sabiq qapıçının digər bir şok iddiası Ronaldo ilə bağlıdır. Rodriqezin fikrincə, portuqaliyalı ulduz da mövsümün sonunda klubla yollarını ayıracaq: "Azarkeşlər bu iki ismin gedişinə razılıq verəcək. Bu barədə çərşənbə gününə qədər bir xəbər eşidəcəksiniz", - deyə A.Rodriqez əlavə edib. (ans)
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































