Oyunlarla bağlı BDU-nun bəzi tələblərinin imtahan vaxtı dəyişdirilib

Oyunlarla bağlı  BDU-nun bəzi tələblərinin imtahan vaxtı dəyişdirilib

"Bakı - 2015" Avropa Oyunlarına Bakı Dövlət Universitetindən qoşulan tələbələr qonaqların qəbul olunması, idman sahəsində iş görülməsi, media üzvlərinə və fəxri qonaqlara kömək göstərilməsi kimi 250 müxtəlif vəzifəni yerinə yetirəcəklər.

BDU-nun mətbuat və informasiya şöbəsindən Apa -ya verilən xəbərə görə, könüllülərin yay oyunları ilə bağlı hazırlıq dərsləri, məşqləri və digər tədbirləri bu il may ayına çəkilmiş yay imtahan sessiyası ilə üst-üstə düşdüyündən onlar üçün iyun ayının sonunda imtahan keçiriləcək.

Yuxarıda qeyd edilmiş səbəblərdən imtahanlara yaxşı hazırlaşa bilməyən və imtahanda iştirak edə bilməyən könüllülər ərizə ilə müraciət edərək iyun ayında onlar üçün imtahan təşkil olunmasını xahiş ediblər.

Qeyd edək ki, belə ərizə ilə müraciət etmək hər bir tələbənin şəxsi işidir, yəni tələbə imtahanlarda iştirak edə də bilər və bu hüquq BDU-nun 20000 tələbəsindən yalnız könüllülərə şamil edilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az