DHA-nın Azərbaycan təmsilçisi Ali Kandan Avropa Oyunları haqda açıqlama

DHA-nın Azərbaycan təmsilçisi Ali Kandan Avropa Oyunları haqda açıqlama
“Gələn ay Bakıda keçiriləcək ilk Avropa Oyunları yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının uğurudur”.

"Gələn ay Bakıda keçiriləcək ilk Avropa Oyunları yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının uğurudur". Bu sözləri Mediainfo.az-a açıqlamasında Türkiyənin nüfuzlu "Doğan" Haber Ajansının (DHA) Azərbaycan təmsilçisi Ali Kan söyləyib. Onun sözlərinə görə, Mustafa Kamal Atatürk, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Heydər Əliyev isə "Bir millət iki dövlət" deməklə Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq, qardaşlıq münasibətlərinə ən yüksək dəyəri veriblər:

Azərbaycanda olduğu kimi, qardaş ölkə olan Türkiyədə də ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük maraq və sevinclə qarşılanıb. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın artan siyasi və iqtisadi gücünün göstəricisidir. Bu hadisə bizim qürur mənbəyimizdir. Düşünürəm ki, ilk Avropa Oyunlarının dünya miqyasında təbliği işində Azərbaycan və Türkiyə mediası birgə addımlamalıdır. Biz qarşılıqlı əməkdaşlıq şəraitində səylərimizi gücləndirməli, ilk Avropa Oyunlarının tam obyektiv və geniş şəkildə işıqlandırılması üçün çalışmalıyıq. Bu eyni zamanda qardaş ölkə Azərbaycanın həqiqətlərinin dünyada təbliğ edilməsi baxımından da mühüm fürsətdir".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az