Üzgüçülərimiz 48 medalla birinci oldular

Üzgüçülərimiz 48 medalla birinci oldular

Azərbaycan üzgüçüləri Xaçmazda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil edilən beynəlxalq turnirdə komanda hesabında birinci olub.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, üzgüçülüyün müxtəlif növlərində 27 qızıl, 15 gümüş və 6 bürünc medal qazanan idmançılarımız Rusiya, Qazaxıstan, Gürcüstan və Qırğızıstan üzgüçülərini geridə qoyaraq komanda hesabında birinci olublar.

5 ölkədən 80-dən çox idmançının qatıldığı su idmanının üzgüçülük növü üzrə beynəlxalq turnir mayın 6-da yekunlaşıb.

Beynəlxalq turnirdə qalib gələn idmançılar medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil edilən beynəlxalq turnirdə 1997-1998-ci il təvəllüdlü və daha kiçik yaş qrupları üzrə idmançılar güclərini sınayıblar. Azərbaycan komandası yarışlara 38 idmançı ilə qatılıb. Onların 12-si ölkəmizi birinci Avropa Oyunlarında təmsil edəcək. Turnirdə Gürcüstanın 20, Qazaxıstanın 10, Qırğızıstanın 10, Rusiyanın isə 4 üzgüçüsü medallar uğrunda mübarizə aparıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az