I Avropa oyunlarının məşəli İmişlidə yandırılıb

I Avropa oyunlarının məşəli İmişlidə yandırılıb

Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli Sabirabaddan İmişliyə gətirilib.

Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakıdakı Atəşgahda alovlandırılan məşəl İmişli şəhərində qarşılanıb. İmişlidə məşəl estafeti saat 12:08-də start götürüb. Məşəli qəbul edən İmişli şəhər Şəkər zavodunda çalışan Məmməd Abıyev 10 həmkarı ilə birgə yürüşü Heydər Əliyev prospekti, 20 Yanvarküçəsi ilə davam etdirib. 4100 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər məşəli Heydər Əliyev parkına çatdırıblar. Burada məşəli meydanda qurulan səhnəyə qaldırılıb, simvolik məşəli yandırılıb.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Daha sonra İmişli məktəblisi 15 yaşlı idmançı Cavid Yusifəliyev Avropa Oyunlarının sonuna qədər saxlamaq üçün simvolik çırağı təhvil verib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az