Rövnəq Abdullayev FİFA prezidenti ilə görüşüb

Rövnəq Abdullayev FİFA prezidenti ilə görüşüb

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev FİFA-nın prezidenti Yozef Blatterlə görüşüb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Sürix şəhərindəki görüş AFFA-nın təşəbbüsü ilə baş tutub.

Tədbirdə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı FİFA prezidentinə təqdim olunub. Görüş zamanı ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə FİFA-nın baş katibi Cerom Valcke, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az