Bu gün Türkiyə superliqasında 29-cu tura yekun vurulub - FOTO

Bu gün Türkiyə superliqasında 29-cu tura yekun vurulub - FOTO

Bu gün Türkiyə superliqasında 29-cu tura yekun vurulub. ANS PRESS-in məlumatına görə, hesabat turunda iki qarşılaşma keçirilib.
Səfərdə "Kayseri Ərciyəsspor"un qonağı olan "Sivasspor" əzmkar qələbə qazanıb. 0:2 hesabı ilə geridə olan Sivas təmsilçisi 3 qol vurmaqla görüşdən qalib ayrılıb - 3:2.
Çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" səfərdə "Akhisar"ın qonağı olub. "Cim Bom"un vuran ayağı Burak Yılmazın dublu "aslanlara" 2:0 hesablı önəmli qələbə qazandırıb.
Bu qələbədən sonra xalını 64-ə yüksəldən "Qalatasaray" turnir cədvəlinə "Beşiktaş"la şərikli başçılıq edir.

4 may

Türkiyə superliqası, 29-cu tur

"Akhisar" - "Qalatasaray" - 0:2
Qollar: B.Yılmaz, 22, 34 (0:2)

"Kayseri Ərciyəsspor" - "Sivasspor - 2:3
Qollar: Çağlayan, 15 (1:0), Vleminks, 35-pen (2:0), Öztürk, 67 (2:1), Eşer, 87 (2:2), 90+1 (2:3)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az