Olimpiya məşəli Lerikdə - FOTO

Olimpiya məşəli Lerikdə - FOTO

Birinci Avropa Oyunlarının məşəli Lənkərandan sonra mayın 1-də Lerikə gətirilib. Lerik şəhərinin giriş qapısında birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.

Avropa Oyunlarının rəmzi qapısında lerikli idmançı Rafiq Əliyev məşəli qəbul etdi.

Sonra 10 məşəlçi yürüşə başladı. İdmançılar məşəli növbə ilə bir-birinə ötürərək rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Nəriman Nərimanov küçəsi boyunca hərəkət etməklə mərkəzi meydana - Heydər Əliyev Meydanına çatdırdılar.

Azərbaycanın Fəxri bədən tərbiyəsi və idman işçisi İlham Zülfiyev məşəli Heydər Əliyev Meydanında qurulmuş səhnəyə qaldırdı.

Birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayona təhvil verildi.

İ.Zülfiyev səhnədə məşəli alovlandırdı.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Yürüş iştirakçıları, həmçinin Lerik şəhərindəki Uzunömürlülər Muzeyində nümayiş etdirilən eksponatlarla və Bilnə kəndində arıçılıq təsərrüfatı ilə də tanış olublar.

Birinci Avropa Oyunlarının məşəli Lerikdən sonra Astaraya yola salındı.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az