Bakı-2015: Azərbaycan yığmasının heyəti açıqlanıb

Bakı-2015: Azərbaycan yığmasının heyəti açıqlanıb

İyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunlarının basketbol yarışlarının 3X3 növündə mübarizə aparacaq Azərbaycan yığmalarının heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, qadın və kişilərdən ibarət komandalarımız ən güclü "dördlüyü" müəyyənləşdiriblər.

Belə ki, baş məşqçi Elxan Əliyev sərəncamında olan basketbolçular arasında seçim edərək, mötəbər yarışa Rolandas Əliyev, Orxan Aydın (Hacıyeva), Amil Həmzəyev və Marşall Mozesi sifariş edib.

Qadınlardan ibarət millimizin çalışdırıcısı Tatyana Slojenitsina isə ilk dəfə baş tutacaq qitə Oyunlarında Tatyana Deniskina, Renara Tiffani Reys, Aneyka Henri və Dina Ulyanovaya şans verəcək.

Qeyd edək ki, Oyunlarda basketbol yarışları iyunun 23-26-da olacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az