Bakıda və Abşeron yarımadasında son 20 ildə martın 8-də müsbət temperatur qeyd olunub, yalnız 2021-ci ildə gecə 0.2 dərəcə şaxta müşahidə olunub".
Mediainfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, ən isti bayram günü isə 2002-ci ildə olub ki, bu zaman maksimum temperatur 27.3 dərəcəyə çatıb: "Adətən günəşli və dəyişkən buludlu havalar üstünlük təşkil edib. Yalnız 8 ildə hava yağışlı keçib və ən çox yağış 2016-cı ildə 8 mm yağıb. Qadınlarımızı bir qədər məyus edən əksər hallar havanın küləkli keçməsi olur. Amma nə etmək olar, Bakı küləklər şəhəridir. Bölgələrimizə gəldikdə ən minimum temperatur 2013-cü ildə müşahidə edilib. Gəncə-Qazax zonasında həmin gün hətta 11.5 dərəcə şaxta qeyd olunub. Dağlıq və dağətəyi zonalarda qar yağması və hətta qar örtüyünün yaranması halları belə nadir hadisə olmayıb. Məsələn, Balakən-Şəki zonasında 2004-cü il martın 8-də qar örtüyünün hündürlüyü 20 sm-ə çatıb".
U. Tağıyeva qeyd edib ki, bunlarla yanaşı bəzən 8 martda yay havası müşahidə edilən illər belə olub: "2002-ci ildə Gəncə Qazax bölgəsində havanın maksimum temperaturu 29.9, Mərkəzi Aran zonasında 26.9 dərəcəyədək yüksəlib. Keçmişə qısa bir ekskursiya etdik. Bu ilin 8 mart tarixində hava şəraiti qadınlarımız kimi qözəl, mülayim olacaq. Sabah axşam isə dəyişiləcək".
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































