"Son vaxtlar bəzi Avropa ölkələrində bir sıra məhdudiyyətlər aradan qaldırılır. Buna səbəb isə həmin ölkələrin əhalisnin 80-90 faiznin vaksinasiya olunmasıdır".
Mediainfo.az xəbər verir ki, bunu həkim-infeksionist Vasif Əliyev deyib.
Onun sözlərinə görə, ölkəmizdə də vaksinasiya göstəriciləri çox yüksəkdir. Lakin yoluxmanın artdığı bir zamanda məhdudiyyətlərin aradan qaldırılması doğru deyil.
“Gündəlik olaraq yoluxma hallarında artım müşahidə olunur. Bəzən düşünürlər ki, belə artım müşahidə olunan bir vaxtda məhdudiyyətlər daha da artırıla bilər. Mənim fikrimcə, baxmayaraq ki, yoluxma hallarının sayı artır, ümumi xəstəxanalarda vəziyyət daha stabildir. Bu onu göstərir ki, əhalinin çox hissəsi yoluxsa belə, daha çox ev şəraitində müalicə alırlar. Çünki xəstəlik asimptomatik keçib, pnevmaniya əlamətləri çox az görüldüyünə görə bu cür xəstələr ev şəraitində müalicə alır.
Yoluxma sayı müəyyən pik həddə çatıb, daha sonra yoluxmalarda azalma müşahidə olunduqda və ölkədəki epidemioloji vəziyyəti ciddi şəkildə təhlil etdikdən sonra məhdudiyyətlərin aradan qaldırılması barədə düşünmək olar”, – deyə o qeyd edib.
Həkim bildirib ki, “omikron” ştamının dominant olması və yüngül keçməsi bizə biraz ümid verir ki, mutasiya artıq yüngülləşməyə doğru gedir.
"Lakin yenə də COVID-19 virusu haqqında dəqiq proqnozlar vermək mükün deyil. Qarşımızdakı günlərdə virusun yoluxduruculuq və öldürücülük qabiliyyətini ciddi təhlil etdikdən sonra pandemiyanın sonlanması barədə qərar verilə bilər", – deyə o əlavə edib.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































