“Liviyadakı münaqişənin nizamlanması üçün dərhal hərbi əməliyyatları dayandırmaq lazımdır”.
Mediainfo.az-ın verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Rusiya və Afrika İttifaqı Üçlüyü (Konqo Demokratik Respublikası, Misir və Cənubi Afrika Respublikası) XİN başçılarının görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
"Təcrübədə bunu istisnasız olaraq bir yolla reallaşdırmaq olar, tərəflər dərhal hərbi əməliyyatları, öz silahlı bölmələrinin bütün istiqamətlər üzrə hərəkətlərini dayandırmalıdırlar. Təəssüflər olsun ki, həmsöhbətlərimizin Liviyadakı münaqişənin hərbi yolla həlli olmadığı barədə açıq ifadələri sözdə qalır, praktik işə çevrilmir", - deyə Rusiya XiN başçısı vurğulayıb.
S. Lavrov bu ilin yanvar ayında Moskvada Liviyada atəşkəsin əldə olunması ilə bağlı keçirilən görüşdə Sərrac hökumətinin sənədi imzalamağa hazır olduğunu, general Xəlifə Haftarın isə bu sənədi imzalamadığını xatırladıb: "İndi isə Xəlifə Haftar atəşkəsə razıdır, Sərrac hökuməti yox".
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































