Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.
Mediainfo.az bildirir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Komitənin sədri Ziyafət Əsgərov bildirib ki, gündəliyə 4 qanun layihəsi daxil edilib. Komitə sədri onlayn iclasda diqqətə çatdırdı ki, hər 4 qanun layihəsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2018-ci il 31 may tarixli Qanunun icrası ilə əlaqədar hazırlanmış və uyğunlaşdırma xarakteri daşıyır.
Bildirdi ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin tələblərinə cavab verməklə, bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun qanunvericiliyin formalaşdırılmasına xidmət edir. Həmin qanunla bu sahədə mövcud olan bir sıra terminlər dəqiqləşdirilmiş, o cümlədən “əlil” ifadəsi əvəzinə “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi əvəzinə “əlillik dərəcəsi”, “qüsur” sözü əvəzinə “pozuntu” sözündən istifadə edilib. Bu da əlilliklə bağlı dövlət siyasətinin mühüm prinsiplərindən olan əlillik əlamətinə görə ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəlib.
Qeyd olunanlarla bağlı göstərilən qanun layihələrində texniki və terminoloji baxımdan uyğunlaşdırma xarakterli düzəlişlər edilir.
Onlayn iclasda çıxış edən komitə üzvləri Hikmət Məmmədov, Erkin Qədirli, Aydın Mirzəzadə, Bəxtiyar Sadıqov və Nizami Səfərov qeyd olunan dəyişiklikləri yüksək qiymətləndirdilər, layihə barədə qeyd və təkliflərini verdilər.
Müzakirələrdən sonra gündəlikdəki 4 qanun layihəsinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.
Onlayn iclasda komitə üzvləri Aqil Abbas, Əminə Ağazadə, Kamal Cəfərov, Elşad Mirbəşir oğlu, Oqtay Əsədov, Nurlan Həsənov, Elman Məmmədov və Arzu Nağıyev iştirak ediblər.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































