Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva Ermənistanın Tovuz istiqamətində son təxribatları ilə bağlı Almaniya Kansleri Angela Merkelə və Avropa Birliyinə açıq məktub yazıb.
Diapsorla İş üzrə Dövlət Komitəsindən Oxuməni.az-a verilən məlumata görə, məktubda deyilir:
"12 iyul 2020-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində beynəlxalq səviyyədə tanınan ərazisinə artilleriya atəşi edərək təxribatlar törədir. Hansı ki, hazırda bütün ölkələr Covid 19 pandemiyasına qarşı birlikdə mübarizə aparır. Bu, Ermənistanın Azərbaycana təcavüzünün və 1994-cü ildə razılaşdırılmış atəşkəsin yenidən pozulmasının əyani sübutudur. Şəhidlərin sayı 4 nəfər yüksək səviyyəli hərbi qulluqçu da daxil olmaqla 11 nəfərə çatıb. Ermənistan ordusu karantin və müharibə qaydalarına məhəl qoymur, Azərbaycana hücum edir və mülki əhalinin həyatına təhlükə yaradır. Azərbaycan hər zaman olduğu kimi, ərazisini qoruyur və bu şəkildə hər şey etməyə hazırdır.
Ermənistan tərəfindən törədilən son təcavüz aktını növbəti təxribat hadisəsi kimi dəyərləndiririk. Bütün bu baş verənlərə görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır. Biz Ermənistanın vəhşiliklərini, təxribatçı əməllərini pisləyirik və qanun qarşısında cavab verməsini tələb edirik. Bütün Avropa və dünya ictimaiyyətini Ermənistanın qanun pozuntularını qınamağa çağırırıq".
Oxuməni.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































