Ermənistan silahlı qüvvələrinin təxribatı davam edir.
Oxuməni.az-ın məlumatlna görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib
Onun sözlərinə görə, Azərbaycan Ordusu təxribata cavab verir: "Azərbaycan cəmiyyəti həmrəydir, yekdildir. Ermənistanın işğal etdiyi torpaqlar azad edilməlidir. Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərmədiyindən bu təxribatlar davam edir.
Azərbaycan xalqının həmrəyliyinə kölgə salmaq istəyənlər təxribatlara əl atmağa başlayıb. Həmin şəxslərə də layiqli cavab verəcəklər. Azərbaycan gəncləri orduya getmək üçün şüarlar səsləndiriblər. Bildirim ki, Azərbacan Ordusu tam komplektləşdirilib və düşmənə lazımi cavab verir. Ermənistanda orduya olan inam aşağı səviyyədədir, orada şəxsi heyətin komplektləşdirilməsində problem var. Hətta Ermənistan ordusunda muzdlu şəxslər xidmətə cəlb edilir.
Azərbaycan gənclərinin vətənpərvərliyi dövlət tərəfindən də yüksək qiymətləndirilir. Dövlət başçısı bəyan etdi ki, kim istəyirsə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə bilər, orada təlimlərə cəlb edilə bilər. Əgər ehtiyac olarsa, xidmət onları komplektləşdirə bilər. Bu prosesdə möhtəşəm bir sistem qurulub. Gənclərimizin bu həvəsi yüksək qiymətləndirilir. Əgər ehtiyac olarsa, həmin şəxslər orduya çağırıla bilərlər".
Oxuməni.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


