Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin daxili işlərinə və seçki yarışına xaricdən müdaxilənin olduğunu açıqlayıb.
Oxuməni.az "BelTA"ya istinadən xəbər verir ki, dövlət başçısı internetdə saxta məlumatlarla hakimiyyəti nüfuzdan salmaq cəhdlərinin olduğunu vurğulayıb.
"Bu gün (hərçənd daha əvvəl olub, amma mənə məlumat verilməyib) mənə məlumat verildi ki, oğlumun İsveçrədə 840 milyon ABŞ dolları var. Diplomatik kanallar vasitəsilə məktub göndərin: kim bu pulu götürmək istəyirsə, dərhal götürsün", - o deyib.
Belarus lideri həmçinin qeyd edib ki, hakimiyyət əleyhdarları ədalətli və layiqli seçkilər tələb edirlər, lakin özləri də ədalətli davranırlar.
"Aydın məsələdir ki, o kuklaların iplərini əldə saxlayanlar var. Həm bu, həm də o biri tərəfdədirlər. Həm Polşada yaşayırlar, həm də Rusiyada ömür sürürlər", - A.Lukaşenko söyləyib və yaxın zamanda bu barədə Rusiya prezidenti Vladimir Putin ilə danışmağı planlaşdırdığını vurğulayıb.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































