Xarici İşlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən (XİN) Oxuməni.az-a verilən məlumata görə, nazirlər ikitərəfli dostluq və əməkdaşlıq əlaqələri, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Nazirlər qlobal pandemiya ilə bağlı son vəziyyət və iki ölkə tərəfindən Covid-19 epidemiyasının təsirini yumşaltmaq üçün görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar. Tərəflər, yeni növ koronavirus ilə mübarizə üçün qarşılıqlı dəstəyin və beynəlxalq həmrəyliyin vacibliyini bir daha qeyd ediblər.
Nazir Elmar Məmmədyarov BƏƏ-nin Covid-19 ilə mübarizə üzrə Azərbaycana verdiyi yardımı yüksək qiymətləndirib.
Hər iki nazir müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılığa gəliblər.
Oxuməni.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


