Azərbaycan Prezidenti İlham Əliyev Qələbənin 75 illiyi münasibətilə Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcək.
Oxuməni.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bildirib.
Prezident İlham Əliyev Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, ölkəmiz bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaq.
Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını bildirib.
Qeyd edək ki, paradın koronavirus pandemiyası səbəbindən bu il mayın 9-da keçirilməsi mümkün olmayıb. Parad iyunun 24-də keçiriləcək.
Oxuməni.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


