Ərdoğanla Merkel bu ölkədə müharibəni bitirir

Ərdoğanla Merkel bu ölkədə müharibəni bitirir

Türkiyənin Liviya məsələsində Almaniya ilə danışıqlara getməsi prinsipial və gözlənilən idi. Çünki Sərrac hökumətinin mövqelərinin güclənməsi Almaniyanın da bölgədəki maraqlarına cavab verir.

Bu sözləri siyasi ekspert Vüqar Zifəroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkelin Liviyada BMT-nin dəstəklədiyi sülh prosesi ilə bağlı razılığa gəlməsini şərh edərkən deyib.

O bildirib ki, Türkiyə bəzi mövzularda Almaniya ilə əməkdaşlıq edə bilər:

"Türkiyənin dəstəklədiyi Sərrac hökuməti faktiki olaraq Liviyada qələbə qazanmağa çox yaxındır. Yəni Liviyada Sərracın qələbəsinin əsas səbəbkarı Türkiyədir. Məhz qələbəyə yaxın bir anda hər iki liderin Liviyada BMT-nin dəstəklədiyi sülh prosesinin gücləndirilməsi ilə bağlı razılığa gəlməsi təsadüfi deyil. Birincisi, Türkiyə Liviyada istənilən sülh prosesinin yalnız BMT-nin dəstəyi ilə baş tutacağını açıqca qeyd etmişdi. Yəni əslində belə bir razılaşma gözlənilirdi. İkincisi, Türkiyənin Liviya maraqlarının Almaniya ilə üst-üstə düşməsi tərəflərin uzlaşmasına səbəb oldu. Yəni Liviyanın gələcəyi hazırda Türkiyə və onun maraqları ilə üst-üstə düşən Almaniyadan asılı ola bilər. Üçüncüsü, Türkiyənin bu gün belə bir sülhə özünün də ehtiyacı var. Çünki Ankara Liviyanın bütün yükünü öz üzərinə götürə bilməz. Xüsusilə Türkiyə ilə Liviya arasında çox geniş bir sosial paket razılaşması var. Türkiyə Ağ dənizdə əldə etdiyi imtiyazlar qarşılığında Liviyanın yenidən qurulmasını öz öhdəsinə götürüb. Yəni Türkiyə bu paketini Almaniya ilə edə bilər".

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az