Azərbaycan Prezidenti İlham Əliyevin "Microsoft" şirkətinin rəhbərliyi ilə videokonfrans formatında görüşü bir neçə aspektdən əhəmiyyət kəsb edir.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu, bir daha təsdiq edir ki, beynəlxalq qurumların, eləcə də aparıcı qlobal şirkətlərin Azərbaycan iqtisadiyyatına inamı kifayət qədər yüksəkdir:
"Pandemiya dövründə məhz belə videokonfransların keçirilməsi post-pandemiya dövründə həmin şirkətlərin Azərbaycanla əlaqələrini daha da genişləndirmək istəyindən xəbər verir. Bu isə təbii ki, ölkə iqtisadiyyatına olan güvənin göstəricisidir. Digər tərəfdən videokonfransda qeyd edilən məsələlər bir daha təsdiq edir ki, beynəlxalq qurumların və aparıcı şirkət rəhbərlərinin Azərbaycan liderinə etimadı kifayət qədər yüksəkdir.
Məhz bu görüşlərdə, eləcə də bundan əvvəl keçirilən videokonfranslarda ölkə Prezidentinin rəhbərliyi ilə aparılan islahatların yüksək qiymətləndirilməsi və xüsusi qeyd edilməsi ondan xəbər verir ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar beynəlxalq qurumlar, eləcə də dünyanın aparıcı şirkətləri tərəfindən müsbət qarşılanır.
Eyni zamanda, bu videokonfrans pandemiya dövründə Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən sahibkarların dəstəklənməsi ilə bağlı reallaşan islahatlara da beynəlxalq qiymət kimi də xarakterizə olunmalıdır. Çünki nəticə etibarı ilə əvvəlki videokonfransda olduğu kimi, "Microsoft" rəhbərliyi də Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən bu dövrdə həm sahibkarların, həm bütövlükdə muzdlu işçilərin, eləcə də vətəndaşlarımızın dövlət tərəfindən dəstəklənməsini xüsusi qiymətləndirir".
Deputat qeyd edib ki, bu görüş eyni zamanda təsdiq etdi ki, Azərbaycan innovasiya və informasiya texnologiyaları baxımından regionun aparıcı ölkəsidir: "Azərbaycan innovasiyanı dəstəkləyən və texnoloji inkişafa töhfə verən ölkələrdən biridir".
Oxuməni.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


